2015-ci ilin iyul ayı qlobal məlumatların toplanmağa başladığı 1880-ci ildən etibarən ən isti ay olub.
Trend-in RIA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə ABŞ Milli Okean və Atmosfer Tədqiqatları İdarəsi (NOAA) xəbər yayıb.
Sinoptiklərin məlumatına əsasən, iyul ayında orta temperatur 16,6 dərəcə təşkil edib ki, bu da 1998-ci ilin iyul ayında qeydə alınan rekord göstəricidən 0,08 dərəcə yüksəkdir.
Hesabatda deyilir ki, çox güman, 2015-ci il ümumilikdə ən isti il kimi dünya tarixinə düşəcək. Mütəxəssislərin fikrincə, temperatur rekordlarına Yerdə baş verən qlobal iqlim dəyişiklikləri və El-Ninyo təbiət fenomeni təsir edir.