Estoniyaya səfərə gələn Polşa prezidenti Anjey Duda Şərqi Avropada NATO bazalarının yerləşdirilməsinin vacib olduğunu bildirib. Musavat.com-un xarici mənbəyə istinadən verdiyi xəbərə görə, onun fikrini Estoniya prezidenti Tomas Xendrik İlves dəstəkləyib.
“Bizə dost olan silahlı qüvvələr NATO-nun real sərhədinin keçdiyi yerdə olmalıdır. Bu, mənim təklifimdir. Bizim müttəfiqlərimiz onu nəzərdən keçirməlidir. Bu, həm tarixi nöqteyi-nəzərdən doğru olardı, həm də ədalətli” – qeyd edib Polşanın dövlət başçısı.
Estoniyaya səfərlə Polşa lideri NATO üzrə müttəfiqləri alyansın şərq hüdudlarını möhkəmlətməyin zəruriliyinə inandırmaq üçün kampaniyaya başlayıb. Tallindən sonra o, Berlinə, Londona və Nyu-Yorka baş çəkəcək.
Az öncə Duda NATO-nu Polşada hərbi mövcudluğunun güclənməsinin tərəfdarı kimi çıxış eləmişdi