Şərqi Kanada bölgəsinin ən böyük əyaləti olan Kvebekdə avqustun 23-də qəzaya uğrayan “Beazver” tipli dəniz təyyarəsinin qalıqları tapılıb. Qəzada 6 nəfərin həlak olduğu müəyyən edilib.
AZƏRTAC “ulasimonline.com” saytına istinadla xəbər verir ki, həlak olanlardan 4-ü ingilis, pilot da daxil olmaqla 2 nəfər isə Fransa vətəndaşıdır.
Təyyarə Montrealın 440 mil şimalında, Les Bergeronnes qəsəbəsində meşəlik sahəyə düşüb. Təyyarənin ağaclara dəyərək qəzaya uğradığı güman edilir.