Liviyanın Zuvara şəhəri yaxınlığında miqrantları daşıyan iki qayıq batıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı qayıqlarda ümumilikdə 500 miqrant olub. Rəsmi məlumatlara görə, xilasedicilər 200 nəfəri xilas edə biliblər. 300 nəfərin taleyi ilə bağlı heç bir məlumat verilmir. Onların batan qayığın altında qaldığı ehtimal edilir.
Bu arada BMT-nin yaydığı hesabatda bildiirlir ki, bu il Aralıq dənizində Avropaya keçməyə çalışan 2400 miqrant həyatını itirib.
Samir