Bosniyada məktəb yoldaşları ilə birlikdə gəzintiyə gedən 7 qız şagird evlərinə hamilə qayıdıb.
Teleqraf.com xəbər verir ki, Bosniyanın serblər yaşayan bölgəsində baş verən qalmaqal təhsil sisteminində boşluqları üzə çıxarıb.
13-14 yaşları olan 7 qız uşağının evlərinə hamilə qayıtması vaideynlərin qəzəbinə səbəb olub. Onlar məktəblərdə "cinsi təlim" dərslərinin keçirilməsinə etiraz ediblər.
Valideynlər sözügedən dərslərin uşaqları cinsi əlaqəyə girməyə təşviq etdiyini qeyd ediblər.
Bosniyanın paytaxtı Sarayevoda təkcə ötən il yetkinlik yaşına çatmayan 31 qız uşağı hamilə qalıb.
Respublikanın Milli Səhiyyə Koordinatoru Nenad Babic isə "Bu vəziyyətə görə, ailələrin məsuliyyəti var. Ancaq təhsil sistemindən qaynaqlanan problemlər də mövcuddur", - deyib.
Qadın xəstəlikləri üzrə mütəxəssisi kimi fəaliyyət göstərən Senad Mehmetbasiç isə məktəblərdə "cinsi təlim" dərslərinin ləğv edilməsinə qarşı çıxıb. O, "13 yaşlı qız uşaqlarının hamilə qalması kifayət qədər narahatedicidir. Ancaq bu "cinsi təlim" dərslərinin ləğvinə səbəb olmamalıdır. Uşaqlarımız "cinsi təlim"i məktəb əvəzinə küçədə öyrənməli deyil" deyib.
Rüstəm