Türkiyənin Martin bölgəsinin Dargeçit rayonunda post-partul işçilərinə məxsus maşın partladılıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində biri polis rəisi olmaqla 4 təhlükəsizlik işçisi şəhid olub.
Rəsmi məlumatlara görə, hadisə yol kənarında yerləşdirilmiş partlayıcının işə düşməsi nəticəsində baş verib. Hücuma görə məsuliyyəti PKK terror təşkilatı öz üzərinə götürüb.
Hücumdan sonra bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.
Samir