10 Sentyabr 2015 13:09
1 688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənın müxtəlif bölgələrində çoxlu sayda insanın ölümünə səbəb olan PKK terror təşkilatı ilə bağlı ilginc məlumatlar ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, Türkiyənin "Sabah" qəzetində dərc edilən məqalədə PKK-nın Almaniya tərəfindən maliyyələşdirdiyi faktlarla sübut olunub.

Jurnalist Əbdülrəhman Şimşək bu faktları “Sabah”ın müxtəlif saylarında dərc etdirib.

Onun sözlərinə görə, PKK-nın hücumlarda istifadə etdiyi əldəqayırma partlayıcılarının hazırlandığı yer heç də Suriya və İraq deyil: «Almaniyanın Frankfurt şəhərinin İsenburq rayonunda belə bir zavodun fəaliyyət göstərdiyi məlum olub. Almaniyada "Karzas" adlı şirkət var ki, buranın əsas maliyyə mənbəyi Könüllü Kürd İşverənlər Birliyidir. Birliyi təqib etdikdə aydın olur ki, bu şəxslərin qazandığı milyonlarla avro Almaniya banklarına yatırılıb. Qeyd edək ki, bu birlik PKK terror təşkilatına maliyyə yardımı edən qurumlardan biri kimi tanınır.

Bunu bilən Almaniya məsələ ilə bağlı heç bir addım atmır. Türkiyə hökumətinin cəhdlərinə heç bir cavab vermir. "Şarli Hebdo" hücumuna görə, dünya liderləri yürüş təşkil etdi. Ancaq Türkiyədə 16 polisin şəhid olmasına görə, heç bir Avropa lideri başsağlığı vermədi”.

Jurnalist yazdığı məqalədə Almaniyanın bu addımını belə izah edib: “Türkiyənin Şimali İraqla münasibətləri gərgin idi. Ancaq Türkiyə vəziyyəti yaxşılaşdırmaq üçün Şimali 100 illik neft müqaviləsi imzalayıb. Ankara bu layihə ilə nefti 18 faiz ucuz qiymətə alıb, ərazisindən keçirməklə Avropa çatdırmağı düşünür. Bu razılaşma ilə Türkiyə neftə olan tələbatını da tam ödəyə biləcək. Bütün pullar xalq banklarına yatırılacaq. Ancaq PKK nə edir? Neftin daşınması üçün lazım olan bölgələri bombalayır və bəyan edir ki, guya kürd xalqının hüquqlarını müdafiə edir.

Ən önəmli bölgə olan Cizrə PKK-lılar tərəfindən dəfələrlə hücuma məruz qalıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu bölgənin strateji əhəmiyyətini artırmaq üçün Cizrə aeroportunu inşa etdirdi. Ancaq PKK nə etdi? Orada partlayış törətdi. Bununla PKK kürdlərin hüquqlarını necə müdafiə edə bilər?! PKK bu günə qədər kürdlərə tərəf, kürdlərin hüquqlarını qoruyan heç nə etməyib.

Başqa bir məsələyə diqqət yetirək. Hollandiyanın Rotterdam şəhərində "Avaşin" adlı qida firması var. Bu gün Avropanın qida sənayesində xüsusi nüfuza malik olan şirkətlərin siyahısında ilk sıradadır. "Avaşin" sözü PKK-nın beynəlxalq aləmdə tanınma adıdır. Adı çəkilən müəssisə kürdlərə yardım adı ilə külli miqdarda xərac toplayır. Əldə edilən bütün pullar isə kürdlərə deyil, Almaniya banklarına göndərilir.

Terror təşkilatı öz pullarını sığorta etdirmək üçün Türkiyə banklarında deyil, Avropa banklarında saxlayır. Son hesablamalara görə, bu gün PKK-nın Avropa banklarında 100 milyon dollardan çox yatırımı var”.

Samir


Müəllif: