Amerika ordusu müasir reallıqları nəzərə alaraq Rusiyaya qarşı fəaliyyət planını yeniləməyə qərar verib.
ANS PRESS-in məlumatına görə, beləliklə, soyuq müharibə illərində hazırlanan plan yenidən ön plana çıxıb və ABŞ Müdafiə Nazirliyi Rusiya ilə münasibətlərinin üzərindəki tozu silomək qərarına gəlib. Bu haqqda Dövlət Departamentinin və ABŞ Müdafiə Nazirliyinin bir neçə keçmiş və indiki əməkdaşına istinadən "Foreign Policy" agentliyi yazıb.
"Bu iş üzrə hərəkət iki istiqamətdə aparılır", - deyə agentlik aydınlıq gətirib: ABŞ-in Rusiyaya qarşı fəaliyyəti NATO-nun çərçivəsində və ondan kənarda gerçəkləşdiriləcək.
Hər iki versiyada Rusiyanın ən çox ehtimal edilən cəbhə kimi Baltikyanı ölkələrə hərbi müdaxiləsi mümkün sayılır.
Agentliyin sözlərinə görə, Amerika hərbiçiləri dayanmadan proqnozlaşdırılan təhlükələrin yarana biləcəyi hallar üzrə fəaliyyət planı hazırlayırlar. Lakin bu planların prioritetləri müxtəlifdir. Rusiya ilə hərbi münaqişəyə hazırlıq Sovet İttifaqı dağıldıqdan sonra prioritet məsələ sayılmırdı. Elə buna görə də bu planlar arxa plana keçirilmişdi.
"Təhlükəsizlik baxımından yaranan gərgin vəziyyəti nəzərə alaraq, müəyyən olundu ki, bizə bu planları tamamlamaq vacibdirr. Bizim NATO-nun mütəffiqi olan ölkələrə mümkün təcavüzə qarşı hazır planımız var", - deyə ABŞ-ın müdafiə nazirliyinin yüksək rütbəli şəxsi agentliyə məlumatında bildirib.
"Bu hərbi planlar yarana biləcək təcavüzə qarşı cavabı təşkil edəcək", - deyə agentliyin həmsöhbəti bildirib.
Soyuq müharibənin başa çatması və SSRİ-in dağılmasından sonrakı vəziyyət nəzərə alınaraq hazırlanmış əvvəlki planlar Qərb ölkələriylə Rusiyanın yaxınlaşmasını nəzərdə tuturdu. Xüsusilə də Çinlə eyni səviyyədə əsas təhlükə kimi baxılan terrorizmlə mübarizədə Rusiya ilə bir çox istiqamətlərdə əməkdaşlıq münasibətlərinin qurulması nəzərdə tutulurdu.
Agentliyin yüksək vəzifəli mənbələri bildiriblər ki, Rusiya ilə Gürcüstan arasında 2008-ci ildə baş verən həbi münaqişədən sonra NATO Rusiya ilə bağlı planlarında yüngül dəyişiklik edib. Lakin Pentaqon bu addımı atmayıb.
Yeni planlarda isə buna xüsusi diqqət yetirilir. Yeni metodlarda ənənədən kənar üsullara o cümlədən, Rusiyanın Krımda və Ukraynanın şərqində istifadə etdiyi hibrid müharibə taktikasına: "nəzakətli insanlar", idarə olunan etirazlar və kibermüharibələrə diqqət yetirilir.
Pentaqonun başçısı Eşton Karter avqustun sonu bildirib ki, Rusiyanın ABŞ-a qarşı siyasəti bir çox münasibətlərdə məcazi xarakter daşıyır. O, Rusiyanı ABŞ üçün fövqəladə təhlükə hesab edib. Karter ABŞ generalı Cozef Danfordun Rusiyanın Amerika üçün "bir nömrəli təhlükə" olması barədə çıxışından sonra bu fikri bildirib.
Pentaqon başçısı təsdiqləyib ki, onun idarəsi Rusiyanı son dərəcə ciddi təhlükə sayır və Rusiyanın nüvə arsenalını fövqəladə təhlükəli hesab edir.