Türkiyənin Muğla bölgəsinin Bodrum vilayətində güclü yağışlar selə səbəb olub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, vilayətdə bir çox evlər su altında qalıb. Sel bölgəyə külli miqdarda ziyan vurub.
Ölən və ya xəsarət alanlarla bağlı heç bir məlumat verilmir. Hazırda xilasetmə qrupları Bodrumda əhalinin evakuasiyasına başlayıb.
Samir