5 Oktyabr 2015 12:42
1 388
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya döyüş təyyarələri Türkiyə hava sərhədlərinə icazəsiz daxil olub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla əlaqədar Rusiyanın Ankaradakı səfiri Andrey Karlov Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Məsələ ilə bağlı Türkiyə XİN-in yaydığı məlumatda deyilir:

"Oktyabrın 3-ü yerli vaxtla saat 12:08-də Rusiyaya məxsus döyüş təyyarəsi icazəsiz şəkildə Suriyanın Hatay bölgəsindən Türkiyənin Yayladağı bölgəsinin hava məkanına daxil olub. Məsələ ilə əlaqədar narazılığı bildirmək üçün Rusiya səfiri XİN-ə çağırılıb".

Məsələ Türkiyə xarici işlər naziri Firidun Sinirlioğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında baş tutan telefon danışığında da müzakirə edilib. Nazir həmçinin ABŞ, Fransa, Böyük Britaniya və İtaliya XİN rəhbərləri ilə görüşdə bu məsələ ətrafında fikir mübadiləsi aparacaq.

Qeyd edək ki, Suriya prezidenti Bəşər Əsədin xahişi ilə Rusiya sentyabrın 30-dan etibarən bu ölkədəki terrorçu qruplara qarşı hərbi hava əməliyyatlarına başlayıb.

Samir


Müəllif: