9 Oktyabr 2015 12:40
1 804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Suriyada İŞİD-ə qaşrı əməliyyatları yekunlaşdırdıqdan sonra İraqa müdaxilə edəcəyi ilə bağlı yayılan məlumatlar iraqlılar tərəfindən məmnuniyyətlə qarşılanıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, İraqın şiə əhalisi Putini "xilasedici" kimi görür.

Bəzi məlumatlara görə, yerli əhali rusiyalı liderin müsəlman əsilli olduğunu iddia edirlər: "Əslində Putinin atası İraqda mağaza sahibi olub. Cənubi Nasiriyə şəhərində yaşayıb. Mağazasında ərəb dilində "tin" kimi səsləndirilən əncir növü satıb. Bu səbəbdən babası onu "Əbu Tin" deyə çağırıb. İkinci dünya müharibəsindən sonra Əbu Tin Rusiyaya köç edib. Burada sarışın bir rus qızı ilə evlənib və onun Əbdüləmir adlı oğlu olub. Ancaq rus dilində "Əbdüləmir" sözünü demək çətinlik doğurduğundan o, "Vladimir" kimi çağırılıb".

Samir


Müəllif:

Oxşar xəbərlər