Rusiya Müdafiə Nazirliyi Suriyada "Liva əl Haqq" qrupuna qarşı keçirdiyi hava əməliyyatlarında 200 nəfərin öldürüldüyünü açıqlayıb.
Avropa.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən edilən açıqlamada, Suriyanın Rakka, Hələb, İdlib, Xama və Lazkiyedeki çox sayda nöqtənin vurulduğu qeyd olunub.
Açıqlamada, Rakkada "Liva əl Haqq" qrupuna aid olduğu bildirilən mərkəzin bombalanması nəticəsində aralarında 2 səhra komandirinin də olduğu təxminən 200 nəfərin öldüyürüldüyü qeyd olunub.
Suriyadan xeyli sayda reportajlar hazırlayan və bu ölkədə onlarla müxbiri fəaliyyət göstərən Türkiyənin rəsmi Anadolu Agentliyi isə bildirir ki, "Liva əl Haqq" qrupu, Əsəd rejiminə qarşı vuruşan müxaliflərin "Fəth Ordusu"na tabe olan bir qrup kimi tanınır. Bundan başqa, "Liva əl Haqq" qrupu Rusiya Müdafiə Nazirliyinin bəyanatında bildirildiyi kimi Rakkada deyil, İdlib və Hama şəhərlərində fəaliyyət göstərir.