Türkiyədə daha bir polis şəhid olub.
Musavat.com-un məlumatına görə, hadisə Diyarbəkirin Hani rayonunda baş verib. Polis PKK-çılar tərəfindən avtomat silahla vurulub. Verilən məlumatda bildirilib ki, polis həyat yoldaşı ilə şəxsi maşınında gedirmiş.
Bu vaxt PKK-çıların yolu kəsdiyini görüb geri qayıtmaq istəyib. PKK-çılar maşına atəş açmağa başlayıb. Başından yaralanan polis ölüb. Onun maşında olan həyat yoldaşının isə yaralanmadığı qeyd edilib.