14 Oktyabr 2015 22:54
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov Misir Ərəb Respublikası prezidentinin Misirin BMT Təhlükəsizlik Şurasına namizədliyi məsələləri üzrə xüsusi nümayəndəsi, səfir Məhəmməd Əlahəddin Əli Şouki Əl-Hədidini qəbul edib.

Görüşdə Azərbaycan və Misir arasında ikitərəfli əlaqələrin inkişafının məmnunluq doğurduğu qeyd olunub. İqtisadi-ticarət əlaqələrinin və turizm sahəsində əməkdaşlığın inkişafı üçün qarşılıqlı şəkildə səylərin artırılmasının vacibliyi vurğulanıb.

Səfir Məhəmməd Əlahəddin Əli Şouki Əl-Hədidi Misirin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə beynəlxalq hüququn norma və prinsipləri və BMT nizamnaməsi əsasında həllinin tərəfdarı olduğunu diqqətə çatdırıb.

BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildiyi təqdirdə, terrorizmə və onun ideoloji aspektlərinə qarşı mübarizənin Misirin əsas prioritetlərindən biri olacağını vurğulayıb. Əl-Əzhərin təcrübəsində Misirin ənənəvi mötədil İslam mədəniyyətinə malik olduğunu bildirib.

E.Məmmədyarov BMT Təhlükəsizlik Şurasına seçkilərdə Misirə uğurlar arzulayıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər