15 Oktyabr 2015 18:10
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Krımın ilhaqı və Donbasın dağıdılmasına görə Rusiyadan təzminat tələb edəcək.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Ukrayna baş naziri Arseni Yatsenyuk məlumat verib.

Onun sözlərinə görə, təzminatın məbləği hələlik 1 trilyon qrivna (təxminən 50 milyon dollar) göstərilir. Yatsenyuk deyib ki, rəsmi Kiyev Rusiya ilə hüquqi savaşa hazırlaşır.

Kompensasiya ilə yanaşı məhkəmənin gündəliyinə Moskvanın Ukraynanın 3 milyard dollarlıq borcunu silməməsi də salına bilər. Yatsenyuk Rusiyanı oktyabrın 29-na qədər bununla bağlı qərarını açıqlamağa çağırıb. O qeyd edib ki, Kiyev Moskvaya borcun restrukturizasiyasını və qismən silinməsini təklif edir.

Xatırladaq ki, Rusiya prezidenti Dmitri Peskov Ukraynanın qaza görə Rusiyaya yaranmış borcunu dekabra qədər tam ödəməli olduğunu deyib.

Samir


Müəllif:

Oxşar xəbərlər