19 Oktyabr 2015 08:35
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Türkiyənin Abropa Birliyinə üzvlüyü prosesinə yardım etməyə hazırdır. “Reuters”in məlumatına görə, bunu Türkiyəyə səfəri zamanı Almaniya kansleri Angela Merkel deyib.

Onun sözlərinə görə, prosesin detalları müzakirə olunacaq.

Bir qədər əvvəl məlumat verilirdi ki, Avropa Birliyi miqrant axını ilə mübarizədə yardımın əvəzinə Türkiyəyə 3 milyard avro təklif edə, viza rejimini sadələşdirə və üzvlüklə bağlı danışıqlara başlaya bilər.

Bundan əlavə, AB liderlərinin sammitində AB və Türkiyə liderləri miqrasiya böhranının həllində birgə hərəkət planı ilə bağlı razılığa gəliblər.


Müəllif:

Oxşar xəbərlər