20 Oktyabr 2015 13:11
2 191
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq ordusu İŞİD terror təşkilatının nəzarətində olan İraqın keçmiş prezidenti Səddam Hüseynin Tikritdəki sarayını ələ keçirib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, saraya baxış zamanı çoxlu sayda silah-sursat və hərbi ləvazimat aşkar edilib.

Məlumatlara görə, terrorçular sarayın bir neçə metr dərinliyində tunel qazaraq, əsas sursatlarını burada gizlədib. Rəsmilər sarayın terrorçular üçün hərbi baza rolunu oynadığını təsdiqləyib.

Qeyd edilib ki, son sutka ərzində aparılan əməliyyat zamanı Tikrit şəhəri tamamilə terrorçulardan azad edilib.

Samir


Müəllif:

Oxşar xəbərlər