Ukrayna prezidenti Pyotr Poroşenko Ali Radada “Batkıvşina” parlament fraksiyasının lideri, sabiq baş nazir Yuliya Timoşenkonu Ukraynanın Hondurasda səfir təyin eləməkdən imtina edib.
“Hazırda Hondurasda Ukraynanın fövqəladə və səlahiyyətli səfirinin başçılığı ilə diplomatik nümayəndəliyin təsis edilməsinə ehtiyac yoxdur”, – deyə prezidentin müvafiq petisiyaya cavabında qeyd olunur.
Poroşenko xatırladıb ki, Ukraynanın Mərkəzi Amerikada və Karib hövzəsində maraqlarını hələlik Meksika və Kubadakı səfirliklər həyata keçirir.
Timoşenkonun lehinə petisiya 25 mindən çox imza atılmışdı.