27 Oktyabr 2015 16:47
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Livanın Beyrut şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları Səudiyyə şahzadəsi və onun 4 yoldaşını saxlayıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, şahzadə hava limanında özəl təyyarəsi ilə vətənə qayıtmaq istəyərkən yaxalanıb.

Məlumatlara görə, kral ailəsinin üzvü Abdül Möhsen bin Vəlid bin Əbdüləzizin Rafiq Xariri hava limanında saxlanılmasına səbəb təyyarədə tapılan 4 ton narkotik vasitə olub.

Faktla bağlı araşdırmalar başlanıb.

Samir


Müəllif: