Suriyada ölən Rusiya əsgəri Vadim Kostenkonun valideynləri onun intihar etməsinə inanmırlar.
Teleqraf.com "Reuters"ə istinadən xəbər verir ki, əsgərin anası Svetlana Kostenko deyib ki, öldüyü gün oğlu ilə danışıb: "O, özünü yaxşı hiss edirdi. Bizə deyirlər ki, guya qıza görə intihar edib. Biz buna inanmırıq ”
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Vadim Kostenko şəxsi həyatındakı problemə görə intihar edib.