30 Oktyabr 2015 12:27
1 365
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ rəhbərliyi Cənubi Koreyanın hava məkanında Rusiyaya məxsus təyyarələrin qarşısının alındığını bildirib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Ağ Evin sözçüsü Coş Ernest məlumat verib.

Onun sözlərinə görə, buna səbəb rus təyyarələrinin ABŞ-a məxsus döyüş təyyarələrinə müəyyən olunmuş məsafədən daha yaxın uçması olub.

Ernest ABŞ təyyarələrinin Cənubi Koreyada təlim məqsədi ilə uçuşlar həyata keçirdiyini qeyd edib. O bildirib ki, ABŞ qırıcıları hadisədən sonra Rusiya təyyarələrini Koreya hava məkanını tərk edənə kimi müşayiət edib: "Təyyarələrimiz Rusiyaya məxsus 4 ədəd FA-18 tipli bombardmançı təyyarənin qarşısını almaq üçün təcili havaya qalxıb. Hadisə zamanı heç bir insident yaşanmayıb".

Samir


Müəllif:

Oxşar xəbərlər