2 Dekabr 2015 18:44
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 11-12-də Türkmənistana səfər edəcək.

"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, bu haqda Türkiyə prezidentinin administrasiyası məlumat yayıb. Məlumata görə, bu, Türkiyə Böyük Millət Məclisinə seçkilərdən sonra Rəcəb Tayyib Ərdoğanın üçüncü rəsmi səfəridir. Seçkidən sonra o, birinci səfərini Azərbaycana, ikincini isə Qətərə edib.

Qeyd edək ki, Türkiyə prezidentinin Türkmənistana səfəri oktyabrın 12-nə planlaşdırılmışdı. Ancaq Ankarada törədilən terror aktına görə bu səfər təxirə salınmışdı.


Müəllif:

Oxşar xəbərlər