7 Dekabr 2015 19:05
468

Türkiyənin Baş naziri Əhməd Davudoğlu Azərbaycanın Baş naziri Artur Rasizadəyə başsağlığı verib.

Başsağlığında deyilir: "Dekabrın 4-də meydana gələn şiddətli fırtınanın Xəzər dənizinin “Günəşli” yatağındakı 10 saylı platformada qaz xəttinin sıradan çıxmasına səbəb olaraq yanğının baş verməsinə yol açdığını və həmin gün rəsmi səfərdə olduğum qardaş Azərbaycanda baş verən yanğının insan tələfatı ilə nəticələndiyini dərin kədər hissi ilə öyrəndim.

Hökumətim adından və şəxsən öz adımdan yanğında həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa, Zati-alinizə, həyatını itirənlərin ailələrinə və Azərbaycan xalqına başsağlığı diləyirəm.

Fürsətdən istifadə edərək, Zati-alinizə və dost Azərbaycan xalqına cansağlığı və xoşbəxtlik arzu edirəm".


Müəllif: