9 Dekabr 2015 01:35
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin bildirib ki, "Su-24" təyyarəsinə məxsus "qara qutu"nun oxunmasına prosesdə iştirak etmək istəyən hər kəsi dəvət etmək lazımdır.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, o, Rusiyanın hər şeyi detallı şəkildə bilməli olduğunu qeyd edib.

"Ona görə, bu cihaz üzərində beynəlxalq ekspertlərlə birgə diqqətlə və yüksək peşəkar səviyyədə işləmək lazımdır. Hər ehtimala qarşı, biz bu işdə iştirak etmək istəyən hər kəsi dəvət etməliyik", — deyə prezident bildirib.

Putin, həmçinin diqqətə çatdırıb ki, "qara qutu"nun oxunması zamanı ortaya çıxacaq faktlardan asılı olmayaraq, Rusiyanın insidentə münasibəti dəyişilməz qalacaq.

"Qabaqcadan dərhal demək istəyirəm ki, əlbəttə, bunu bilmək bizə lazımdır, bizim qonşu Türkiyə hakimiyyətinə qarşı münasibətimiz dəyişməyəcək. Biz, bir daha deyirəm, Türkiyəyə təkcə dost ölkə kimi deyil, həm də terrorla mübarizədə müttəfiq kimi yanaşırdıq və heç kim arxadan vurulacaq bax bu alçaq, xain zərbəni gözləmirdi", — deyə prezident müdafiə naziri Sergey Şoyqu ilə görüşündə bildirib.


Müəllif:

Oxşar xəbərlər