9 Dekabr 2015 11:26
2 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Rusiyadan nəql olunan təbii qazın kəsiləcəyini gözlədiyi bir zamanda Ankaraya bir zərbə də Tehrandan dəyib.

Teleqraf.com "Milliyet" qəzetinə istinadən xəbər verir ki, İran Türkiyəyə verilən təbii qazın həcmini azaldıb.

Məlumatda bildirilir ki, Tehran gündəlik nəql olunan təbii qazın həcmini (30 milyon kubmetr) yarıbayarı azaldıb. Buna səbəb kimi İran ölkədə havaların soyuq keçməsini götərib. Tehran rəsmilərinin sözlərinə görə, qış mövsümü ilə əlaqədar qaza olan daxili tələbat artıb.

Ancaq araşdırmalar zamanı məlum olub ki, Tehran rəsmilərinin verdiyi açıqlama əsassızdır. Son 10 gündə İranda havanın temperaturu 6-9 dərəcə arasındadır. Ekspertlər İranın bu addımını Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi ilə əlaqələndirir. Onlar bu məsələdə İranın Rusiyanı dəstəklədiyini iddia edirlər.

Qeyd edək ki, Türkiyə gündəlik Rusiyadan 47 milyon kubmetr, Qərbdən isə 42 milyon kubmetr qaz alır. Türkiyənin gündəlik qaza olan tələbatı 200 milyon kubmetrdir. Qış mövsümü ilə əlaqədar tələbatın 230 milyon kubmetrə qalxacağı gözlənilir.

Samir


Müəllif:

Oxşar xəbərlər