İraq döyüş təyyarələri İŞİD terror təşkilatının mövqelərinə aviazərbələr endirib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı "Sana" agentliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, Samarra şəhərində terrorçulara məxsus 3 qərargah partladılıb. Hücum zamanı 15-i Fransa vətəndaşı olmaqla, 45 terrorçu öldürülüb.
Qeyd edilib ki, öldürülən fransızlar kimya üzrə mütəxəssis olub və burada kimyəvi silahların hazırlanmasında iştirak edib.
Samir