Amerikanın "Time" jurnalı hər il həyata keçirdiyi "İlin adamı" müsabiqəsinin nəticələrini açıqlayıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu ilki nəticələrə görə qalib Almaniya Kansleri Angela Merkel olub.
Dərginin müsabiqəsində ikinci yeri İŞİD terror təşkilatının lideri Əbubəkr Əl-Bağdadi tutub.
Qeyd edək ki, Merkeldən başqa bu siyahıda Rusiya prezidenti Vladimir Putin, İran prezidenti Həsən Ruhani, ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp, cinsiyyətini dəyişdirərək dünya gündəminə səs salan amerikalı atlet Brus Yenner, erməni porno ulduz Kim Kardaşyan, amerikalı sahibkar Travis Kalanik də olub.
Samir