10 Dekabr 2015 21:55
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şimali Koreya hidrogen bombasına malikdir”.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Şimali Koreyanın lideri Kim Çen In açıqlayıb.

Onun sözlərinə görə, Şimali Koreya nüvə və hidrogen bombaları ilə müstəqilliyini və şərəfini qorumağı bacaran qüdrətli dövlətdir. Ölkədə hərbi sənaye kompleksinin inkişafı vacibdir.

Xatırladaq ki, Şimali Koreya 2005-ci ildə özünü nüvə nəhəngi elan edib. 2006, 2009 və 2013-cü illərdə beynəlxalq ictimaiyyətin etirazına səbəb olan yeraltı nüvə sınaqları keçirib.

Samir


Müəllif:

Oxşar xəbərlər