Bağdad Türkiyənin Şimali İraqdakı hərbi varlığına etiraz əlaməti olaraq, İstanbuldakı ticarət nümayəndəliyini bağlayıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı İraqın "İRİNN" telekanalı məlumat yayıb.
Məlumatda bildirilib ki, nümayəndəliyin bütün işçiləri artıq Türkiyəni tərk edib.
Qeyd edək ki, dekabrın 4-də Türkiyə silahlı qüvvələrini bu ölkənin ərazisindən geri çəkib. Yalnız İraq Kürdüstan regional bölgəsində Ankaranın 150 hərbçisi, tank və artilleriyası qalıb. Onlar iraq kürdlərini Mosulun azad edilməsi üçün əməliyyatlara hazırlayır. Hadisədən bir gün sonra İraq prezidenti Fuad Masum Türkiyəyə qoşunlarını tam geri çəkilməsi üçün 48 saat vaxt verib. Ancaq İraq Kürdüstan regional bölgəsinin rəhbəri Məsud Barzani isə bu təlimin türkiyəli həmkarları ilə əvvəlcədən razılaşdırıldığını açıqlayıb.
Samir