14 Dekabr 2015 23:52
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parisdə məktəblərin birində tələbə müəllimə hücum edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, özünü İŞİD-çi adlandıran gənc oğlan qayçı ilə müəlliminə xəsarət yetirib. Hadisədən sonra xəstəxanaya çatdırılan müəllimin həyatını xilas etmək mümkün olub.

Tələbə oğlan hücum zamanı "Bu İŞİD üçündür. Bu xəbərdarlıqdır" deməsi diqqət çəkib.

Qeyd edək ki, noyabrın 13-də Paris hücumlarından sonra Fransada fövqəladə vəziyyət elan olunub. Həmin hücumlar nəticəsində 130 nəfər həyatı nı itirib.

Samir


Müəllif:

Oxşar xəbərlər