ABŞ-ın dövlət katibi Con Kerri Rusiya-Türkiyə münasibətlərindəki vəziyyəti Moskvaya səfəri çərçivəsində müzakirə edəcək.
APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib.
“Bu məsələdə müsbət tendensiyalar mövcuddur”, - deyə C.Ernest vurğulayıb.
Qeyd edək ki, ABŞ Dövlət katibi Con Kerri dekabrın 15-də Moskvada Rusiya XİN rəhbəri S.Lavrov və prezident V.Putinlə görüşəcək.