Böyük Britaniyanın Baş naziri Devid Kemeron işini itirən hər kəsə görə narahat olduğunu bildirib, lakin ölkədə xeyli sayda vakansiyanın mövcudluğunu xatırladıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu hökumət başçısı jurnalistlərə Joze Mourinyonun "Çelsi"nin baş məşqçisi vəzifəsindən azad edilməsini şərh edərkən deyib.
O, qeyd edib: "Baş nazir kimsə işini itirəndə həmişə məyus olur, lakin diqqətinizə çatdırım ki, Britaniya iqtisadiyyatında 740 min vakansiya var".
Qeyd edək ki, "Çelsi" rəhbərliyi komandanın baş məşqçisi J.Mourinyo ilə yollarını ayırıb.