Egey dənizində miqrantların olduğu qayıq batıb, 18 nəfər ölüb.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Mənbə bildirir ki, gəmi Yunanıstanın Kalimnos adasına tərəf istiqamət götürübmüş. Türkiyə sahil-mühafizə xidmətinin əməkdaşları bildiriblər ki, hadisə yerində qışqırıq eşitdikdən sonra təcili ora yollanıblar. Onlar 14 nəfərin həyatını xilas edə biliblər.
Xilas edilənlər xəstəxanaya yerləşdirilib. Bütün itkinlərin cəsədləri çıxarılıb və tibbi ekspertizaya göndərilib.
Gəmidə olan şəxsin sözlərinə görə, faciə qayıqda olan sərnişinlər arasında vahimə və qorxu səbəbindən baş verib.
Qeyd edək ki, Türkiyə sahillərində daha əvvəl də miqrantlarla dolu qayıq batmışdı. Nəticədə ən azı 14 nəfər ölmüşdü ki, onların da 7-si uşaq idi.