24 Dekabr 2015 12:25
1 263
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 2010-cu ildə Erməni Milli Konqresi tərəfindən Ermənistan hökumətinə qarşı hazırlanmış iddianı qəbul edib.

Teleqraf.com vestikavkaza.ru-ya istinadən xəbər verir ki, bununla bağlı Erməni Milli Konqresinin deputatı Aram Manukyan məlumat verib.

Onun sözlərinə görə, iddia erməni hökumətinin konqres tərəfindən təşkil olunan mitinq və yürüşlərə icazə verməməsi ilə bağlıdır. Manukyan bildirib ki, Ermənistanda bu məsələnin həlli üçün bütün məhkəmə imkanları tükəndiyindən Erməni Milli Konqresi AİHM-ə müraciət edib.

Samir


Müəllif:

Oxşar xəbərlər