Çin Xalq Respublikasında ilk dəfə antiterror haqqında qanun qəbul olunub.
Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin aylıq iclasının sonuncu günü – dekabrın 27-də qəbul edilmiş qanun ölkə daxilində antiterror fəaliyyətlərinin hüquqi bazası olmaqla yanaşı, dünyada təhlükəsizliyin təminatına kömək məqsədi daşıyır.