28 Dekabr 2015 11:37
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu gündən etibarən Türkiyəyə qarşı tətbiq edilən sanksiyalar genişləndirilib".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviç deyib.

Onun sözlərinə görə, Rusiya bu istiqamətdə ardıcıl surətdə hərəkət edəcək: "Bununla yanaşı, hökumət Türkiyə ilə bütün əlaqələrdən imtina etmək niyyətində deyil. Yalnız dostluqdan kənar atılan addıma adekvat cavab vermək istəyirik".

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin noyabrın 28-də Türkiyəyə qarşı iqtisadi sanksiyalar haqqında əmr imzalayıb. Sənədlə türk mallarının Rusiyaya idxalına məhdudiyyət və qadağalar qoyulub.

Samir


Müəllif:

Oxşar xəbərlər