28 Dekabr 2015 19:12
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna millətçilərinin lideri Dmitri Yaroş Sağ Sektor təşkilatından çıxaraq, yeni ictimai-siyasi hərəkat yaratdığını bəyan edib.


Axar.az xəbər verir ki, Yaroşun bu bəyanatı Sektor Pravdı təşkilatının saytında yerləşdirilib. Yaroşun fikrincə, Maydan hərəkatı və Rusiya-Ukrayna müharibəsi Sağ Sektoru tükədib. O, yeni təşkilatın öz ətrafında Ukraynanın bütün vətənpərlərini toplamağı hədəf qoyduğunu bildirib. Yaradılacaq yeni təşkilatın adı haqqında heç bir məlumat verilməyib.


Müəllif:

Oxşar xəbərlər