Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Barak Obamanı yeni il münasibətilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Kremlin mətbuat xidməti məlumat yayıb.
Məktubda bildirilir ki, Moskva və Vaşinqton arasındakı münasibtlər beynəlxalq təhlükəsizlik üçün açar rolunu oynayır: "Rusiya dövlət başçısı əmindir ki, bir-birinin maraqlarını nəzərə almaqla iki ölkə arasında təşkil olunan konstruktiv dialoq və əməkdaşlıq müxtəlif regionlarda yarana biləcək təhlükənin qarşısını vaxtında almağa imkan verir".
Samir