6 Yanvar 2016 16:42
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Kansleri Angela Merkelin ofisinin yerləşdiyi binada bomba həyəcanı yaşanıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, binanın mühafizəçiləri giriş qapısının önündə şübhəli bağlama aşkar ediblər.

Hadisədən dərhal sonra bina boşaldılıb və polis çağırılıb. Hazırda faktla bağlı araşdırmalar aparılır.

Hadisə zamanı Merkelin ofisdə olub-olmadığı açıqlanmır.

Samir


Müəllif: