17 Yanvar 2016 23:55
514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İstanbul şəhərində Sultanahmet meydanında baş vermiş terrorla bağlı 10 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

APA-nın Türkiyə bürosunun verdiyi xəbərə görə, məhkəmə qarşısına çıxarılmış 16 nəfər şübhəlidən 10 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Saxlanılan 6 nəfər isə başqa yerə getməmək şərti ilə məhkəmə zalından azadlığa buraxılıb.

Həbs edilənlər silahlı terror təşkilatına üzv olmaq və qəsdən adam öldürməkdə ittiham olunurlar.

Qeyd edək ki, terror nəticəsində 10 nəfər həlak olub, 15 nəfər isə yaralanıb. Həlak olanlar hamısı Almaniya vətəndaşlarıdır.


Müəllif: