Türkiyənin Qaziantep rayonunun Karkamış qəsəbəsində, Suriya ilə sərhəd əraziləri minalardan təmizləyən əsgərləri İŞİD üzvlərinin silahlı hücumuna məruz qalıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, əsgərlər sərhəddə təhlükəsizlik hasarı çəkməzdən öncə ərazini minalardan təmizləmək istəyiblər. Bu zaman Suriyadakı silahlı dəstələr onları atəşə tutublar.
Qarşılıqlı atışma zamanı itki olmayıb. Ərazidə işlər dayandırılıb, mülki şəxslər oradan uzaqlaşdırılıb.
Türkiyə Suriya ilə sərhəddə önləyici tədbirləri davam etdirməkdədir.