Gürcüstanda H1N1 virusuna ("donuz qripi") yoluxduğu ehtimal olunan daha bir nəfər dünyasını dəyişib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, Acarıstanda "donuz qripi"nə yoluxduğu ehtimal olunan, eyni zamanda sətəlcəm xəstəliyindən gənc qadın ölüb.
Bu barədə Acarıstan İctimai Səhiyyə Mərkəzindən bildirilib. Məlumata görə, qadından laboratoriya nümunəsi alınıb və bir neçə gün ərzində onun ölümünün H1N1 virus infeksiyası ilə bağlı olub-olmadığı bilinəcək.
Məlumatda qeyd olunub ki, Acarıstan ərazisində laboratoriyanın təsdiq etdiyi 31 nəfərdə H1N1 virusuna yoluxma halı qeydiyyata alınıb, hazırda 9 xəstə xəstəxanada müalicəsini davam etdirir.
Qeyd edək ki, indiyədək Gürcüstanda H1N1 virusundan 8 nəfər dünyasını dəyişib.