6 Fevral 2016 18:56
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kolumbiyada "Zika" virusu - "Guillain-Barre" sindromu müşahidə edilən 3 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, həmin sindrom sinir sisteminin zərər görməsi ilə orqanizmdə müvəqqəti iflicə səbəb olur.

Məlumatda o da qeyd olunub ki, ölkədə 20 mindən çox insan bu virusa yoluxub. Yoluxan insanlardan 2 mindən çoxu isə hamilə qadındır. Virus xəstələrin müəyyən qismində öz əlamətini göstərməsə də, bir həftə ərzində insanda göz qızartısı, qızdırma, baş ağrısı, oynaq ağrısı, halsızlıq və əzələ ağrısı ilə özünü büruzə verə bilir.


Müəllif:

Oxşar xəbərlər