6 Fevral 2016 22:25
521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə sərhədində son 48 saat ərzində 35 minədək suriyalı qaçqın toplaşıb. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə sərhədyanı Kilis əyalətinin valisi Süleyman Tapsız bildirib.

Məlumata görə, hazırda sərhədin Suriya istiqamətində yaradılan düşərgələrdə qaçqınların yerləşdirilməsi prosesi davam etdirilir.

“Biz qapılarımızı onların üzünə bağlamamışıq, sadəcə, hazırda bu insanları ölkə daxilinə buraxılmasına zərurət yoxdur”, deyə vali bildirib.

Bu arada Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu da Amsterdamda Aİ XİN Nrəhbərləri ilə görüşündən sonra keçirilən mətbuat konfransında Türkiyə-Suriya sərhədinin açıq olduğunu bildirib. Onun sözlərinə görə, hazırda 55 minədək suriyalı qaçqın Türkiyə sərhədinə doğru irəliləməkdədir.

“Biz hələ də Suriyadan qaçan insanlara qarşı “açıq sərhəd” siyasətinə sadiqik”, deyə Çavuşoğlu bildirib.

“Biz artıq 5 min nəfəri qəbul etmişik, daha 55 minədək suriyalı qaçqın Türkiyə sərhədinə doğru irəliləməkdədir və biz onlara biganə qala bilmərik, çünki hava zərbələri davam etdirilir...”, deyə Türkiyə XİN rəhbəri əlavə edib.


Müəllif:

Oxşar xəbərlər