Avropa İttifaqının diplomatiya rəhbəri Federika Moqerini tezliklə İrana “tarixi səfər” etmək niyyətində olduğunu bildirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Federika Moqerini Aİ-nin 28 ölkəsinin XİN rəhbərlərinin Amsterdamda keçirdiyi qeyri-rəsmi görüşündən sonra bildirib.
“Bu çox mühüm səfər olacaq”, deyə Moqerini əlavə edib.
Moqerini hələlik görüşün tarixi və onu müşayiət edəcək nümayəndə heyətinin tərkibi barədə məlumat verə bilməyəcəyini bildirib.
Avropa İttifaqının diplomatiya rəhbəri 15-16 fevral tarixlərində Brüsseldə İranın XİN rəhbəri Məhəmməd Cavad Zəriflə görüşəcəyini bildirib.