"Ermənistan PKK terror təşkilatı döyüşçülərinin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində yerləşməsinə icazə verdi".
Teleqraf.com "Sabah" qəzetinə istinadən xəbər verir ki, bunu Əsassız Erməni İddiaları ilə Beynəlxalq Mübarizə Dərnəyinin sədri Göksəl Gülbəy deyib.
Onun sözlərinə görə, ermənilər bununla Dağlıq Qarabağda öz üstünlüyünü təmin etmək istəyir: "Türkiyənin PKK-ya qarşı son vaxtlar apardığı əməliyyatlardan dolayı terrorçular sığınacaq kimi Qəndildən Ermənistana, oradan isə işğal altındakı Azərbaycan torpaqlarına keçməyə başladı. Fikrimcə, terrorçular Ermənistan və işğal altındakı Dağlıq Qarabağda özlərini təhlükəsiz hiss edir.
Ermənistan isə bununla Dağlıq Qarabağda üstünlük qazanmaq istəyir. Erməni ailələr uşaqlarını hərbi xidmət üçün bu bölgəyə göndərmir. Bundan başqa, İrəvan hakimiyyəti bilir ki, Azərbaycan ordusu torpaqlarını geri qaytarmaq üçün hər an döyüşə hazırdır və onlar bu cür terror təşkilatı üzvlərini bölgəyə gətirməklə əlavə güc qazanmağı düşünür".
Gülbəy əlavə edib ki, Rusiya və Ermənistan tarixdən məlum olan “Qızıl Kürdüstan” kartını PKK ilə oynamaq istəyir: "Tarix boyu Rusiya kürdlərdən öz məqsədləri üçün istifadə edib. Hazırda Moskva hakimiyyəti 1923-1929-cu ildəki kimi yenidən “Qızıl Kürdüstan” yaratmaq fikrindədir. Ancaq bunun nə kürdlərə, nə də bölgə sakinlərinə faydası olmayacaq. Türkiyə və Azərbaycan bu məsələdə lazımi tədbirlər görməli və Rusiya ilə Ermənistanın bu hiyləgər oyununa son verməlidirlər".
Samir