12 Fevral 2016 16:53
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun dörd gəmisi bu gün Batumi sahillərinə yan alıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstandakı Acariya Muxtar Respublikasının rəhbəri Arçil Xabadze söyləyib.

Onun sözlərinə görə, Batumi sahillərinə ilk dəfədir ki, bu qədər amerikalı hərbçi gəlir: "Bu gəmilərin Batumi sahillərində fevralın 15-ə qədər qalacağı gözlənilir. Üstəlik, sabah Batumiyə Amerika Birləşmiş Ştatları kontr-admiralı Cocio Latsion gələcək".

Qeyd edək ki, 2008-ci ilin aprelində NATO-nun Buxarest sammitində Gürcüstanın gələcəkdə alyansa üzv ola biləcəyi təsdiqlənib.

Samir


Müəllif:

Oxşar xəbərlər