Moskvanın Tversk rayon məhkəməsi müxalifət liderlərindən olan Aleksey Navalnının Rusiya prezident Vladimir Putinə qarşı qaldırdığı iddianı rədd edib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, məhkəmə dövlət başçısının toxunulmazlığı və dövlət başçısı haqqında inzibati mühakimənin mümkünsüzlüyünü əsas gətirərək iddianı təmin etməyib.
Aleksey Navalnının Putinə qarşı qaldırdığı iddiaya görə, ölkə prezidenti korrpusiyaya qarşı mübarizə haqqında federal qanunu pozub. İddiaya görə, Putinin əmri ilə Rusiya Milli Valyuta Fondundan yerli mətbuatda Rusiya prezidentinin kürəkəni kimi qələmə verilən Kiril Şamalovun səhmdarı olduğu Rusiya neftkimya nəhəngi SİBUR-a 1,75 milyard dollar köçürülüb.
Qeyd edək ki, Aleksey Navalnı Korrupsiya ilə mübarizə Fondunun təsisçisidir.