14 Fevral 2016 09:58
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi bildirib ki, indi Suriya böhranının siyasi yolla həll edilməsi vaxtıdır.

Con Kerri deyib ki, bir və ya digər tərəf hazırda mənafe əldə etsə belə, sülh və sabitliyin bərqərar edilməsi üçün münaqişənin siyasi yolla həllinə ehtiyac böyükdür.


Kerri gələn günlər və aylar ərzində əldə edilən qərarların ya müharibəyə son qoyacağı, ya da münaqişəni genişləndirəcəyini deyib. Dövlət katibi çek yazmaqla məsələnin həll edilməyəcəyini vurğulayıb.


Kerri deyib ki, hərbi əməliyyatların dayandırılması İslam Dövləti, Əl-Nusra və başqa terrorçu qruplara şamil edilməyəcək. ABŞ Dövlət katibi bildirib ki, 17 ölkənin daxil olduğu Beynəlxalq Suriyaya Dəstək Qrupuna Birləşmiş Ştatlar və Rusiyanın həmsədrliyi ilə işçi yaradılması haqda razılıq əldə edib.


Müəllif:

Oxşar xəbərlər