Yaponiyanın paytaxtı Tokioda və Kariya şəhərində tezliklə bütün sutkanı işləyən mağazaların yanında hidrogen yanacaqdoldurma məntəqələri açılacaq.
Belə obyektlərin inşasını tanınmış “Seven-Eleven Japan” ticarət şəbəkəsi “Iwatani” sənaye qaz şirkəti ilə birlikdə həyata keçirib. İlk iki belə məntəqənin fevralın 14-də istifadəyə veriləcəyi bildirilir.
Yanacaq elementləri ilə çalışan avtomobillər elektrik enerjisini hidrogen və oksigenin reaksiyaya girməsi nəticəsində əldə edir ki, bu zaman da ətrafa parnik qazı atılmır.
Yaxın 3 ildə mağazalar yanında fəaliyyət göstərəcək 20 belə məntəqənin istifadəyə verilməsi planlaşdırılır.